"Yüksək texnologiyalar məhsullarının təsnifatı" hazırlanıb

"Yüksək texnologiyalar məhsullarının təsnifatı" hazırlanıb
15:35 25 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən "Yüksək texnologiyalar məhsullarının təsnifatı" işlənib hazırlanıb. Təsnifat 24 fevral 2018-ci il tarixindən qüvvəyə minib.
 
"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının" 5.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış AZT 051-2018 "Yüksək texnologiyalar məhsullarının təsnifatı" Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 12 fevral 2018-ci il tarixli 180108500003 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 23 fevral 2018-ci il tarixində Hüquqi Aktların Dövlət Reyestrinə (http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=40528) daxil edilib.
 
Elmtutumlu və yüksək texnoloji məhsullarla bağlı təsnifatlara dair beynəlxalq təcrübələrin araşdırılması nəticəsində sözügedən təsnifat Beynəlxalq Standart Ticarət Təsnifatının ("Standard International Trade Classification" - SITC Rev.4) əsasında hazırlanıb.
 
Avropa İttifaqının Statistika Bürosunun CPA2008 ("Statistical classification of products by activity") təsnifatı və 01 sentyabr 2009-cu il tarixdən ölkəmizdə tətbiq edilən Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılıb.
 
Bu təsnifat yüksək texnologiyalar məhsullarını təsvir etmək üçün nəzərdə tutulub.



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54119-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR