BDU-nun 2 müəlliminə vəkil statusu verildi

BDU-nun 2 müəlliminə vəkil statusu verildi
15:53 25 Aprel 2018
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin 2 müəlliminə vəkil statusu verilib.

Bu barədə Azərbaycan Vəkillər Kollegiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru Alış Qasımov və Mayis Əliyev Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul olunaraq vəkil statusu əldə ediblər: "Qanunvericiliyə əsasən hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər heç bir imtahanda iştirak etmədən vəkil ola bilirlər. Kollegiya sədri də həmin qanunvericiliyi əsas tutaraq hər iki şəxsə vəkil statusu verib və onlar Kollegiyanın üzvü qəbul olunublar". (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/238806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR