"Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkənin münasibətlərində yeni bir səhifə açdı"

"Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkənin münasibətlərində yeni bir səhifə açdı"
17:37 25 Aprel 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdı".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Ankarada baş tutan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası iki qardaş ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcək:

"İclas başa çatdıqdan sonra Tükiyə ilə Azərbaycan arasında elektron imza, ticarət, mədəniyyət, ətraf mühitin qorunması, şəxsi heyətin mübadiləsinə dair imzalanan sənədlər əməkdaşlıqda yeni bir mərhələnin başlanması deməkdir".

Deputat vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu gün dünyaya nümunədir: "İki ölkə arasında münasibətlərin dərin tarixi kökləri var. Azərbaycanla Türkiyə daim bir-birilərinin yanında olublar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir".

E.Səlimov vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bəyan etdi: "Əlbəttə, bu bəyanat iki qardaş ölkə arasında münasibətlərin nə qədər yüksək olduğunun göstəricisidir. Əminliklə deyə bilərik ki, bu görüş Azərbaycan-Türkiyə strateji əməkdaşlığını daha yüksək səviyyəyə qaldırdı. Türkiyə ilə Azərbaycan həmişə, çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da belə olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/645549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR