Bu yol 2 gün bağlı olacaq

Bu yol 2 gün bağlı olacaq
17:58 25 Aprel 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah gecə saatlarında Bakının Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, məhdudiyyət 2 gün ərzində qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq Olimpiya stadionu ətrafında yerləşən yollardan istifadə etməklə istər Ziya Bünyadov, istərsə də Heydər Əliyev prospektlərinə rahat şəkildə çıxaraq yollarına davam edə bilərlər. Həmçinin Qara Qarayev prospektinə doğru olan yol da hərəkətə açıq olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/238831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR