Ərdoğanın ilk rəqibinin adı məlum oldu

Ərdoğanın ilk rəqibinin adı məlum oldu
18:13 25 Aprel 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) partiyanın keçmiş həmsədri Səlahəddin Demirtaşın prezidentliyə namizəd olması haqda qərar qəbul edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hazırda həbsdə olan Demirtaş namizəd olmağa razılaşıb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməlidir. Namizədin kimliyi ən geci mayın 1-nə kimi müəyyən edilməlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi olması artıq dəqiqləşib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/region/238830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR