FİFA-dan “Qarabağ”a TƏBRİK

FİFA-dan “Qarabağ”a TƏBRİK
18:24 25 Aprel 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ” Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu dəfə FİFA Ağdam klubunu təbrik edib.
 
Belə ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Topaz Premyer Liqasının 2017/2018 mövsümünün qalibi olması, ardıcıl 5-ci dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR