Ərdoğan: Azərbaycan Türkiyədə ən böyük investora çevrilir

Ərdoğan: Azərbaycan Türkiyədə ən böyük investora çevrilir
19:48 25 Aprel 2018
60 Digər
Ölkə mətbuatı
A- A+

Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Digər tərəfdən, hazırda İzmirin Əliağa rayonunda inşası davam edən “Star” neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq. İnşallah, onun da açılışını sentyabrda-oktyabr aylarında yenə qardaşımla birgə həyata keçirəcəyik.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə mətbuata bəyanatında bildirib.

“Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq. İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir. Burada ən mühüm məqsəd müdafiə sənayesi sahəsində birlikdə atacağımız addımlar olacaq”, - deyə dövlət başçısı qeyd edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/238839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR