Qəzəbli kütlənin HÜCUMU, yenidən başlayan QİYAM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qəzəbli kütlənin HÜCUMU, yenidən başlayan QİYAM... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 25 Aprel 2018
113 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Ermənistanda kütləvi etiraz aksiyaları yenidən başlayıb. Kreml Ermənistanda baş verənləri ölkənin daxili işi adlandırıb. ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında İranla yeni bir nüvə sazişinin bağlanması barədə razılıq əldə olunub.

Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

İclas başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan-Türkiyə sənədləri imzalandı - FOTOLAR

“İnşallah, 24 iyun seçkilərindən sonra prezident kimi ilk səfərimi Azərbaycana edəcəm”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan Prezident İlham Əliyevə prezident seçkiləndən sonra ilk səfərini Türkiyəyə etdiyinə görə təşəkkür edib.

“Hörmətli Əliyev seçkidən sonra ilk səfərini Türkiyəyə etdi. Can Azərbaycan inşallah bölgəsinin sabitlik abidəsi olaraq parlamağa davam edəcək. Azərbaycanla birgə işləməyə davam edəcəyik və bu məsələdə qərarımız bütövdür”, - deyə o bildirib.

“Həmişə Dağlıq Qarabağ problemini öz problemimiz kimi görmüşük. Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli vacibdir”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“İyun ayının əvvəllərində TANAP-ın açılışını edəcəyik”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, Cənub Qaz Dəhlizinin əhəmiyyətli hissəsi olan TANAP bütün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

“Azərbaycan Türkiyədə ən böyük investisiya yatıran ölkəyə çevrilir”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi prioritet məsələdir.

“Bu gün önəmli addım atdıq. Yaxın gələcəkdə yeni layihələr də həyata keçirəcəyik. Təbii ki, ən önəmlisi iqtisadi sahədə yerli və milli valyutaya keçişimiz olacaqdır”.

"Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu təbiidir. Bir ənənədir və onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir birinə ən yaxın olan ölkələrdir". Bunu bu gün Azərbaycan prezidenti İlham ƏliyevAnkarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, prezident seçkiləri qazandığı qələbəyə görə onu ilk olaraq məhz Türkiyə prezidenti Ərdoğan təbrik edib: "Məni ilk təbrik edən əziz qardaşım olub. 1 həftə əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumətin formalaşması başa çatdı və dünən mən Ankarada idim".

Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu bildirib, bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib.

Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyaları yenidən başlayıb. Buna səbəb Nikol Paşinyanın Ermənistanın baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyanla planlaşdırılan görüşünün ləğv edilməsi olub.

İrəvanın mərkəzi etirazçıların ƏLİNDƏ - Xalq qalib gəldi, baş nazir NİKOLDUR - CANLI YAYIM (YENİLƏNİR)

Zirehli texnika İrəvan küçələrində - Qəzəbli kütlə Sarkisyanın qalasına hücuma KEÇDİ - VİDEO

“Biz hakimiyyətə öz istəyimizi diqtə etdirməliyik. Sarkisyanın istefası hələ inqilabın uğurla yekunlaşması demək deyil. Ölkə rəhbərliyi bizim tələblərimizin hamısını qəbul etməlidir. Ona görə də, günlərdir küçələrdə növbə çəkən insanlarımızı vətəndaş itaətsizliyinə çağırıram”. Bunu Yelk (Çıxış) fraksiyasının rəhbəri, Ermənistandakı küçə hərəkatının lideri Nikol Paşinyan deyib.

Paşinyan erməni xalqını VƏTƏNDAŞ İTAƏTSİZLİYİNƏ çağırdı

Ermənistan prezidenti Armen Sarkisyan bu gündən parlament və parlamentdən kənar siyasi güclərin nümayəndələri ilə konsultasiyalara başlayır. Bu barədə prezidentin verdiyi bəyanatda deyilir.

Prezident Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyanın və baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyanla planlaşdırılan görüşün ləğv edilməsinə görə təəssüfləndiyini bildirib.

“Tərəflər arası dialoqa start vermək fövqəladə dərəcədə əhəmiyyətlidir. Təəssüflənirəm ki, danışıqlar kəsildi. Ölkəmiz və gənc demokratiyamız ciddi imtahan qarşısındadır. Yaranmış vəziyyətdən narahat olduğum üçün bu gündən vəziyyətin müzakirəsi və çıxış yolları üçün parlament və parlamentdən kənar güclərlə konsultasiyalara başlayıram. Ümid edirəm ki, birgə səylər və qarşılıqlı anlaşma yolu ilə həllin mümkün yollarını tapmağı bacaracağıq”, - bəyanatda qeyd edilir.

Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanla məşhur rusiyalı milyarder Samvel Karapetyan arasında görüş baş tutub. Bu barədə informasiyanı “1in.am” saytı yayıb. Karapetyanın Çarukyana baş nazir postunu və Respublika Partiyası ilə koalisiya hökuməti yaratmağı təklif etdiyi bildirilir.

Çarukyan bu təklifi rədd edib və etirazlara qoşulub.

“Kreml əvvəlki kimi Ermənistandakı vəziyyəti izləməyə davam edir və ümid edir ki, tərəflər yaxın vaxtlarda razılığa gələ biləcək”. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Mənə əvvəl deyilmiş sözlərə heç nə əlavə etmək istəmirəm. Əvvəlki kimi hesab edirik ki, bu, Ermənistanın daxili işidir və ümid edirik ki, erməni dostlarımız vəziyyəti nizama sala, yaxın zamanlarda razılığa gələ biləcəklər. Biz vəziyyəti çox diqqətlə izləməyə davam edirik", - Peskov deyib.

Türkiyədə 24 iyun tarixində keçiriləcək Prezident seçkiləri üçün mübarizə aparan siyasi partiyalar arasında vəziyyət gərginləşməyə başlayıb. Səadət Partiyasının(SP) sədri Temel Karamollaoğlu Abdullah Gülü növbəti dəfə prezident seçkilərində namizəd olması üçün razı saldığını deyib. Onun bu məsələdə CHP sədri Kamal Kılıçdaroğlu ilə həmfikir olduğu bildirilir.

Lakin bu, İYİ Partiyasının lideri Meral Akşenerin ciddi narahatlığa səbəb olub.

Türkiyədə partiyalar arasında GƏRGİNLİK: "Gül üçün meydandan çəkilməyəcəm"

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədr müavini Özgür Özəl Türkiyənin 11-ci prezidenti Abdullah Gülün 24 iyunda keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi olacağı barədə iddiaları şərh edib. Millət vəkili Gülün adının gündəmdə olmadığını deyib.

“CHP-nin gündəmində Abdullah Gül deyə bir ad olmadı, indi də yoxdur, olmayacaq da”, - o bildirib.

Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) partiyanın keçmiş həmsədri Səlahəddin Demirtaşın prezidentliyə namizəd olması haqda qərar qəbul edib. Demirtaş namizəd olmağa razılaşıb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməlidir. Namizədin kimliyi ən geci mayın 1-nə kimi müəyyən edilməlidir.

ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında İranla yeni bir nüvə sazişi bağlanması barədə razılıq əldə olunub. Tramp və Makron yeni sazişlə İranın nüvə proqramını nəzarətdə saxlamaqla bərabər, Tehranın bölgədəki təsirini də azaltmağı hədəfləyib.

“Prezident Trampla görüşlərimizin yeni bir sazişin imzalanmasını mümkün etdiyini düşünürəm. Bölgədəki qüvvələrlə birlikdə, Rusiya və Türkiyənin də bu prosesə daxil olmasını istəyirik”, - Makron bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/238836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR