Estoniyada kiber müdafiə üzrə dünyanın ən böyük təlimləri keçiriləcək

NATO-nun Kiber Müdafiə Mərkəzinin dəstəyi, ABŞ və 30 ölkənin minədək ekspertinin iştirakı ilə bu həftə Tallində kibermüdafiə üzrə dünyanın ən böyük “Locked Shield 2018” təlimləri keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, təlimlərin rəhbəri, Estoniya Müdafiə Qüvvələri qərargahının batalyon komandirinin müavini, mayor Uko Valtenberq deyib ki, bu il Estoniya komandası 50 ekspertlə təmsil edilib ki, bu da əvvəllər olduğundan təxminən üç dəfə çoxdur. Onun sözlərinə görə, dünyanın bu ən böyük təlimlərinə təsirli texnologiyalar, kompüter şəbəkələri cəlb olunacaq və kiber hücumların dəf edilməsi üsulları işləniləcək.

Ssenariyə görə, təlimlərin iştirakçıları şərti dövlətin kompüter şəbəkələrini və informasiya sistemlərini müdafiə edəcəklər. Təlimlərin gedişində hərbçilər kiber hücumlar və insidentlərin təsiri, onların qarşısının alınmasının çətinliyi və nəticələrinin aradan qaldırılması haqqında real təsəvvürlər əldə etməlidirlər.
“Locked Shield 2018” təlimlərinin təşkilatçısı Estoniyada yerləşən Birgə Kiber Müdafiə Səlahiyyəti Mərkəzidir. Estoniya və Finlandiyanın müdafiə qüvvələri, İsveç Müdafiə Universiteti, Böyük Britaniya ordusu, ABŞ Silahlı Qüvvələrinin Avropadakı Komandanlığı, Cənubi Koreyanın Dövlət Təhlükəsizliyi Tədqiqat İnstitutu, Estoniya Hava Əməliyyatları Mərkəzi və Tallinn Texniki Universiteti mərkəzi dəstəkləyənlər arasındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR