Spirtli içkinin yeni təhlükəsi aşkarlandı

Spirtli içkinin yeni təhlükəsi aşkarlandı
00:34 26 Aprel 2018
146 Digər
Ölkə mətbuatı
A- A+

Spirtli içki qəbulu diş damağlarında müxtəlif xəstəliklərin, xərçəngin və ürək-damar sistemində pozuntuların meydana gəlməsinə səbəb olur.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, bununla bağlı tədqiqatın nəticələri “Microbiome” jurnalında dərc olunub.

 

Tədqiqatı aparan Nyu-York universitetinin alimləri 55-78 yaşlarında olan 1044 nəfərin ağız boşluğunun mikroflorasını araşdırıb. Müayinələrdən sonra spirtli içki ümumiyyətlə qəbul etməyən 270 nəfər, az içən 614 nəfər və mütəmadi olaraq alkoqol qəbul edən 160 nəfərin nəticələri müqayisə olunub.

 

Nəticələrə əsasən, spirtli içki qəbul edən şəxslərin mikroflorasında mühüm dəyişikliklər, o cümlədən, “Bacteroidales”, “Actinomyces” və “Neisseria” kimi bakteriyaların çoxalması müşahidə olunur.

 

“Bacteroidales”lər insan orqanizmində iltihaba, irinli yaralara səbəb olur və bədxassəli şişləri inkişaf etdirir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR