ÇL: "Real" səfərdə "Bavariya"ya qalib gəldi

ÇL: "Real" səfərdə "Bavariya"ya qalib gəldi
00:44 26 Aprel 2018
116 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun gününün yeganə qarşılaşması Münhendə keçirilib.

 

Avrokuboklarda ən çox üz-üzə gələn iki komanda – “Bavariya” və “Real” Almaniya təmsilçisinin meydanında qarşılaşıb. Bundesliqa klubu qarşılaşmada hesabı açmağa müvəffəq olsa da, üstünlüyünü qoruya bilməyib.

 

Belə ki, Kimmixin qoluna İspaniya nəhəngi iki topla cavab verib. İlk yarıda Marselo bərabərlik qoluna imza atıbsa, fasilədən sonra Asensio “Kral klubu”na qələbə qazandıran topun müəllifi olub.

 

 

Çempionlar Liqası

 

Yarımfinal (ilk oyunlar)

 

25 aprel

 

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2

 

Qollar: Kimmix, 28 - Marselo, 44, Asensio, 57

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR