Bakıda ofisə basqın oldu, yaralanan var

Bakıda ofisə basqın oldu, yaralanan var
02:24 26 Aprel 2018
146 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən ofisə qarət məqsədi ilə edilən basqın zamanı qeydə alınıb.

 

Maskalı şəxs ofisə daxil olaraq oradakı seyfdən pulları aparmaq istəyib. Bu zaman onun qarşısına 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğlu çıxıb və onun bu əməlinin qarşısınıa alarkən, naməlum şəxs ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Naməlum şəxs hadisə yerindən qaçıb. Yaralı çoxlu qan itirib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR