“Real” “Barselona”nın rekordunu təkrarladı

“Real” “Barselona”nın rekordunu təkrarladı
02:48 26 Aprel 2018
58 İdman
Ölkə mətbuatı
A- A+

Madridin “Real” klubu Çempionlar Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 150 qələbə qazanan ilk komanda olub.

Yubiley qələbəsi yarımfinalın “Bavariya” ilə ilk matçına təsadüf edib. Münhendə qazanılan 2:1 hesablı əzmkar qələbə sayca 150-ci olub.

Ümumilikdə isə avrokuboklarda 306-cı qələbəsini qazanan “Real” “Barselona”ya məxsus rekordu təkrarlayıb. Növbəti qələbə Zinəddin Zidanın komandasını mütləq rekordçuya çevirəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR