Çin “5G” rabitə şəbəkəsini istifadəyə verib

Çin “5G” rabitə şəbəkəsini istifadəyə verib
10:35 26 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Çinin Çunsin şəhərinin yeni rayonlarından birində  “5G” rabitə şəbəkəsi işə salınıb. Yeni nəsil şəbəkəsinin tədricən bütün şəhəri əhatə edəcəyi gözlənilir.

Beləliklə, Çin “5G” rabitə şəbəkəsini sınaqdan keçirən ikinci ölkə olacaq. Cənubi Koreya Pxençanda keçirilmiş Qış olimpiadasında dron və sürücüsüz avtobusları idarə etmək üçün dünyada ilk dəfə “5G” şəbəkəsini işə salmışdı.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni nəsil rabitə şəbəkəsini Çinin ən böyük mobil rabitə operatorlarından biri olan “China Mobile” təmin edib. Hələ ki “5G” şəbəkəsini dəstəkləyən telefonlar satışa çıxarılmayıb. Müxtəlif texnologiyaların (sürücüsüz idarəetmə, onlayn-virtual reallıq, “ağıllı” evlər) reallaşdırılmasında sözügedən texnologiya tətbiq ediləcək. 2018-ci ilin ikinci yarısında isə “5G” smartfonlarının satışa çıxarılması gözlənilir.

Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54128-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR