Sərhəd-keçid məntəqəsində İran vətəndaşı

Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobili ilə rayon sakini G.Saruxanova vurulub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, hadisə aprelin 25-də saat 6 radələrində Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində baş verib.

Belə ki, İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə “Volvo” markalı yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Mərkəzi Bank bu günə olan məzənnəni - Açıqladı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR