Sevda Yahyayeva: “İstədiyimi tapmamışam” - VİDEO

Sevda Yahyayeva: “İstədiyimi tapmamışam” -  VİDEO
13:48 26 Aprel 2018
226 Şou
Ölkə mətbuatı
A- A+

ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Sevda Yahyayeva olub.

Publika.az xəbər verir ki, saçlarının rəngini dəyişən ifaçı yeni obrazı haqqında danışıb:

“Bir müddət idi ki, uzun saçlı qız idim. Hazırda saçım bu cürdür. İki gündən sonra bilmirəm ki, necə olacaq. Stilist Anar Ağakişiyev mənim üçün maraqlı bir saç düzümü fikirləşib. Həmin stil üçün biraz qaralmalıyam. Hər gün soruşur ki, qaralırsan? Deyirəm, yox.

Dostlarım da deyir ki, bu saç sənə yaraşır. Belə qısa saçlarla özümü çox rahat hiss edirəm. Hələ ki, beləyəm, sonra nə olacaq deyə bilmərəm”.

Özü bəyənmədiyi mahnını tamaşaçısına da dinləməyi rəva bilməyən müğənni, yaxşı bəstəkarlar olsa da, yaxşı mahnıların azlığından şikayətləndi.

“Müxtəlif mövzu və janrlarda mahnılar olub. Göndəriblər, qulaq asmışam. Özüm bəyənmədiyim mahnını heç vaxt ifa etmirəm. Onsuz da səni toya, tədbirə çağıran, sənin ifanı bəyənirsə, dəvət edəcək. Bəyənmirsə, nə edirsən et, bəyənməyəcək. Ona görə də tamaşaçılara yaxşı mahnı təqdim etmək lazımdır.

Yaxşı mahnı demək indi o qədər çətindir ki. Yaxşı bəstəkarlarımız var. Bəzilərinin yanına hələ ki, getməmişəm. Ətrafımda olan dostlarım da mahnı bəstələyir. Hazırda istədiyimi tapmamışam. Yazın, göndərin mənə, yaxşı mahnıya ehtiyacım var”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/238913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR