Bu birliyin böyük gələcəyi var

Bu birliyin böyük gələcəyi var
14:12 26 Aprel 2018
58 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ordumuzun gücünü həm də Türkiyə məhsulları hesabına gücləndiririk. Bu gün danışdıq ki, bu istiqamətdə addımlar daha da artırılacaq. Türkiyədə istehsal olunan müdafiə sənayesi malları ən yüksək standartlara uyğundur.

Türkiyə Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanı dəstəkləyib. Bu dəstək, həmrəylik bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa ediməlidir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan terrorla mübarizəsində hər zaman Türkiyə ilə həmrəylik nümayiş etdirib, Türkiyənin yanında olub: ""Zeytun budağı" əməliyyatında uğurlara görə qardaş xalqı təbrik edirəm. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub".

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycanın dövlət başçısı İlham Əliyev çıxışında elə deyib.

Yetərincə aydın, səlis açıqlama, qardaş Türkiyə ilə dövlətlərarası münasibətlərimizin konkret yönləri barədə dünya birliyinə messic olmaqla yanaşı, regional siyasətdə ölkələrimizin tutduqları yeri və bundan sonra baş vercək proseslərdə Bakı-Ankara tandeminin ata biləcəyi addımların preventiv bəyanıdır.

Ümumiyyətlə, bölgə ölkələrinin kütləvi informasiya vasitələri ilə dünya mediası Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı postuna seçilməsindən sonra ilk rəsmi səfərinə məhz Türkiyəyə yollanmasını hələ çox müzakirə edəcəklər.

Səfər sadə işgüzar vizit, aparılan danışıqlar və keçirilən müzakirələr məcmusu olmadı.

Bu səfər Azərbaycanla Türkiyə arasındakı əlaqələrin geostrateji və geosiyasi müstəvilərdəki aktiv təmaslar olmaqla yanaşı, həm də "bir millət, iki dövlət" prinsipini qarşılıqlı əlaqələrin amalına çevirmiş ölkələrin yaxın perkspektivdəki birgə yol xəritəsinin müəyyənləşdirilməsi idi.

Eyni zamanda, İlham Əliyevin səfəri onunla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı olan səmimi, qardaşlıq münasibətlərinin növbəti izharı idi.

Dövlət başçımız söylədi: "Prezident seçkilərindən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbiidir. Siz də qeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir.

Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olub. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşləri başladıq, bu gün davam etdik. Bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi var".

Rəcəb Tayyib Ərdoğan isə cavabında söylədi: "Cənab İlham Əliyevi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası münasibətilə Ankarada qəbul etməkdən böyük məmnunluq hissi duyuram.

Dəyərli qardaşıma və nümayəndə heyətinə şəxsən öz adımdan və xalqım adımdan "Xoş gəldiniz!" deyirəm.

Bildiyiniz kimi, cənab İlham Əliyev aprelin 11-də keçirilmiş və böyük səs çoxluğu ilə qələbə qazandığı prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə edir. Bu rəsmi səfər münasibətilə xalqım adından xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

İlk növbədə, bu uğur münasibətilə hörmətli Prezident İlham Əliyevi təbrik edirəm. İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə "Can Azərbaycan" inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək.

İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir".

İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanla Türkiyəni qədim və müasir tarix birləşdirir: "Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçib. Biz - Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir. Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Fürsətdən istifadə edərək, əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın.

Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik".

Beləcə, Azərbaycan və Türkiyə dünyaya bir daha bəyan etdilər ki, ölkələrimiz istisnasız olaraq bütün sahələrdə birgə çıxış etməyə, taleyüklü məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirməyə, sadəcə, maliyyə, siyasi, coğrafi və ya etnik vəsilələr vadar etmir.

Xeyr, ölkələrimiz, dövlətlərimiz, xalqlarımız qardaşdır və bu məqam hər şeyi deyir.

Azərbaycanla Türkiyə arasındakı tarixi, mənəvi, dini, siyasi, etnik, dil və s. bağlar barədə çox yazmaq mümkündür. Fəqət, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqləərin, gerçəkdən də, inkişafı sabiq Sovetlər Birliyi dağılandan, Azərbaycan müstəqilliyini şəhidlərinin qanı və millətin əzmi bahasına qazanandan sonria başlandı.

Qardaş xalqlarımızı ayıran, "soyuq müharibə"nin yaratdığı, iki fövqəlgücün ucaltdığı "dəmir pərdə" dəlindi. Milli maraqları ilə mənafelərinə söykənən müstəqil xarici siyasət yürütmək imkanı əldə edən Azərbaycan Türkiyəni yanında görmək istədi, Türkiyə də qardaşının səsini eşitdi.

Həmin illərdə əlaqələr mədəni və sosial müstəvilərdə idi, çünki Azərbaycan dövlət təki güclü deyildi, böyük strateji və siyasi, hərbi və iqtisadi çağırışlarla üzləşmişdi, təhdidlərə sinə gərirdi.

Rəsmi Bakı bilirdi ki, Türkiyə ilə münasibətlər "böyük və kiçik qardaş" səviyyəsində olmamalıdır, ola da bilməz. Qüdrətli Türkiyənin iqtisadiyyatı, siyasəti, hərbi imkanları onu regional gücə çevirmişdi və belə vəziyyətdə Azərbaycan "bir qapılı oyun"a başlamaq niyyətində deyildi.

Azərbaycanın əzmi və qətiyyəti, 1990-cı illərin xaosundan və siyasi anarxiyasından qurtularaq stabillik, inam və inkişaf yoluna qədəm qoyması ölkəmizi sürətlə gücləndirməyə, potensialını artırmağa başladı.

Beləcə, Bakı çox qısa müddətdə Ankara ilə təmaslarını fərqli müstəviyə yüksəltdi, qardaş ölkə ilə bərabərhədli, qarşılıqlı faydalara və mənfəətlərə əsaslanan məcraya yönəltdi. Yaşananlar ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini daha da inkişaf etdirdi.

Həmin təmaslar az qala ani təsir bağışlayan zamane kəsimində hərbi, iqtisadi, maliyyə, sərmayalər və s. sahələrində qarşılıqlı anlaşmalarla zənginləşdi, siyasi tərəfdaşlığa əhəmiyyətli, güclü stimul verildi.

İlk birgə superlayihə olan Bkı-Tiflis-Ceyhan boru kəməri çəkildi, Ceyhanda terminal inşa olundu.

Sonra yeni, növbəti layihələr sıralandı.

İndi Türkiyə ilə işbirliyində tam fərqli, 1990-cı illərdə Türkiyənin işbirliyinə başladığı ölkə olmayan Azərbaycandır.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əvvəlki, 6-cı toplantısı Bakıda keçirilmişdi. Elə həmin toplantı günü Bakı-Tiflis-Qars dəmiryol magistralı istifadəyə verildi.

Növbədə "Cənub Qaz Dəhlizi"nin gerçəkləşməsi, TAP və TANAP boru kəmərlərinin işə salınması var.

Sadaladıqlarımız yalnız milyardlarla dollarlıq sərmayənin yatırıldığı və bir o qədər də gəlir əldə edəcəyi layihələr deyil.

Azərbaycanla Türkiyənin əməkdaşlığı və işbioliyi regionun geosiyasi xəritəsini dəyişməklə yanaşı, qlobal miqyasda siyasi landşafta və proseslərə təsir edir.

Çünki Bakı-Ankara işbirliyi Avropanın enerji təhlükəsizliyini təmin edir, Orta Asiya ölkələrinə yeni ticari liman və dəmir yolu vasitəsilə Avropa bazarlarına çıxış imkanı yaradır.

Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırır. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub. Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın, "Star" neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq.

Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan "Petlim" limanı inşa edilibdir. Bu, Türkiyənin üçüncü böyük limanıdır. Biz bu gün güzəştli ticarət anlaşmasının imzalanmasına yaxınlaşdıq.

Ümid edirik ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaqdır.

Azərbaycanın dövlət başçısı da məhz bunu vurğuladı: "Bu gün Türkiyə və Azərbaycan bizim bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir. Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq".

Müdafiə sahəsində birgə hərbi təlimlər həyata keçirilir. Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi vardır və biz ordumuzun ehtiyacını, o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik.

Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur.

Biz bütün sahələrdə - mədəniyyət, təhsil, incəsənət, humanitar sahələrdə daim birlikdəyik. Bizi birləşdirən qədim tarix var, bizi birləşdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/645751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR