“Instagram” sosial şəbəkəsi “Stories” bölməsi üçün yeniləmə təqdim edib

“Instagram” sosial şəbəkəsi “Stories” bölməsi üçün yeniləmə təqdim edib
15:35 26 Aprel 2018
Ölkə mətbuatı
A- A+

“Instagram” sosial şəbəkəsi "Stories" bölməsinə yeni funksiya əlavə edib. İndi yuxarıdan sağ küncdə yerləşən xüsusi ikonkanın üzərinə sıxmaqla bölmədə qalereyaları dərc etmək olar. Funksiya 10-dək material dərc etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, indiyədək sözügedən xidmət bir şəkil və ya video seçməyə və onları ayrı-ayrılıqda dərc etməyə imkan verirdi. İndi isə istifadəçilərin ixtiyarına daha sürətli və rahat üsul verilib. İstifadəçi materialların göstərilmə ardıcıllığını seçə, həmçinin hər birinə stiker və gif əlavə edə biləcək.

Hələ ki yeni funksiya yalnız “Android” istifadəçiləri üçün əlçatandır. Proqramçılar söz veriblər ki, yaxın iki həftədə digər platformaların istifadəçiləri də yeni funksiyadan yararlana biləcək.

Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54138-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR