Millimiz Slovakiya, Uels və Macarıstanla eyni qrupda

Millimiz Slovakiya, Uels və Macarıstanla eyni qrupda
15:38 26 Aprel 2018
63 İdman
Ölkə mətbuatı
A- A+

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına beynəlxalq turnir keçiriləcək. 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycan U-19 yığması çıxış edəcək.

Publika.az xəbər verir ki, 8 komandanın qatılacağı yarışda Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq.

Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:

A qrupu: Azərbaycan, Slovakiya, Uels, Macarıstan

B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan

7 may, saat 14:00

Azərbaycan – Macarıstan

8 may, saat 14:00 (Bakı vaxtı ilə)

Azərbaycan – Uels

10 may, saat 14:00 (Bakı vaxtı ilə)

Slovakiya – Azərbaycan


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR