Baş nazirdən "Fənərbaxça"-"Beşiktaş" derbisinə reaksiya: "Ha terror, ha idman..."

Baş nazirdən "Fənərbaxça"-"Beşiktaş" derbisinə reaksiya: "Ha terror, ha idman..."
18:23 26 Aprel 2018
73 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Binəli Yıldırım İspaniyaya səfərindən qayıdarıkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, baş nazir Türkiyə kuboku çərçivəsində keçirilən “Fənərbaxça”-“Beşiktaş” oyununda baş verən olaylara münasibət bildirib.

Binəli Yıldırım staidonlarda yaşanan zorakılığın ən ağır şəkildə cəzalandırılmasını planladıqlarını bildirib:

“Ha terror, ha idmanda zorakılıq. Fərqi yoxdur. Burada bəzi qanuni düzəlişlər edəcəyik. Yəni insanlaer matça niyə gedər, qardaşım? Başqasının başını-gözünü yarmaq üçünmü? Bu qəbul ediləcək bir şey deyil. Burada məsum bir iş yoxdur. Onsuz da araşrdırmalar aparılır. Bu olayların planlı bir iş olması da nəzərdə saxlanılır”.

Qeyd edək ki, kubom turniri çərçivəsində keçirilən cavab qarşılaşması tribuna ilə qonaq komandanın arasında baş verən qarşıdurmalar səbəbilə yarımçıq qalmış, olay əsnasında "Beşiktaş"ın baş məşqçisi Şenol Güneşin başı yarılmışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR