Bakıda DƏHŞƏTLİ QƏZA: sərnişin öldü

Bakıda DƏHŞƏTLİ QƏZA: sərnişin öldü
00:23 27 Aprel 2018
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Salyan magistral avtomobil yolunun 14-cü kilometrliyində, Yasamal rayonu ərazisində ”Hyundai” markalı minik avtomobili dəmir yol ayrıcısına çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/238978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR