Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
02:43 27 Aprel 2018
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 75 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,25 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 25-də 69,83 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,22 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 25-də 73,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,27 dollar/barel azdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/238982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR