Dərbənddə xüsusi əməliyyat: 11 İŞİD tərəfdarı məhv edildi

Dərbənddə xüsusi əməliyyat: 11 İŞİD tərəfdarı məhv edildi
02:48 27 Aprel 2018
125 Digər
Ölkə mətbuatı
A- A+

Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıblarmış.

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Əməliyyat zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv edilib. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/region/238983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR