Bakıda sirkə turşusu içən, ardınca isə özünü bıçaqlayan qadın xəstəxanada ölüb

Bakıda sirkə turşusu içən, ardınca isə özünü bıçaqlayan qadın xəstəxanada ölüb
03:32 27 Aprel 2018
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda intihara cəhd hadisəsi ölümlə nəticələnib.

Milli.Az report.az-a istinadən bildirir ki, 1960-ci il təvəllüdlü Zaqatala rayon sakini Kələşova Sevda Hüseyn qızı aprelin 12-də yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd göstərib.

Respublika Toksikologiya Mərkəzinə çatdırılan qadının həyatını xilas etmək mümkün olub. Lakin S.Kələşova daha sonra özünə bıçaqla bir neçə xəsarət yetirib. Yaralı çoxlu qan itirərək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olan qadın bu gecə dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/645920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR