Canavarlar tövləyə girdi (FOTO)

Canavarlar tövləyə girdi (FOTO)
08:31 12 Yanvar 2015
275 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda canavarlar tövləyə hücum edərək 15-ə yaxın qoyunu parçayıblar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hücum nəticəsində kredit götürərək təsərrfat quran vətəndaşa 2 min mata yaxın ziyan dəyib.

Hadisə ötən gecə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini Famil Müstafayev səhər saatlarında heyvanları yemləmək məqsədi ilə tövləyə girdikdə gördüklərinə inamayıb.

“Canavar tikilinin divarını oyaraq oradan içəri soxulub. Bunu divarın taxtalarındakı yırtıcının diş izlərindən də müşahidə eləmk olur. Tövlədəki 15 xırdabuynuzlu heyvandan 13-ü yerindəcə tələf olub, 2 -i isə ölümcül haldadır. Heyvanların bir neçəsinin cəsədi sonradan yaxınlıqdakı meşədə aşkar edilib. Kəndlilərin fikrincə eyni vaxtda sürüyə bir yox, bir neçə canavar soxulub. Çünki Canavarlar iribuynuzlu heyvanların saxlandığı tövlənin divarların da eyni vaxtda oyulsa da oradan içəri soxula bilməyiblər. Ümumilikdə heyvanların tələf olması ilə təsərrüfat sahibinə 2 000 manata yaxın ziyan dəyib.

Canavarlarda quduzluq xəstəliyinin ola biləcəyi ehtiyat edlərək Cəlilabad Baytarlıq idarəsi tərəfindən ərazidə dezinfeksiya işləri aparılıb. Tələf olmuş heyvanların cəsədləri xüsusi qaydada zərəsizləşdirilərək basdırılıb.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR