Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb

Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb
09:33 12 Yanvar 2015
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 50 km aralı) “Mercedes” markalı minik avtomobili suya düşmüşdür.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən avtomobildə olan sərnişinin axtarışlarına başlanılıb. Yanvarın 11-də 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 6 km aralıda) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR