"WhatsApp"ın rəhbərindən müəmmalı

"WhatsApp" messencerinin həmtəsisçisi və eyni adlı şirkətin rəhbəri Yan Kum (Jan Koum) istefa verib.

“Bizim Brayanla (Akton – red.) "WhatsApp!"ı yaratmağımızdan 10 il keçib. Bu illər maraqlı insanlar ilə əsrarəngiz bir səyahət kimi idi. Amma yola davam etmək lazımdır. Mən elə bir vaxtda gedirəm ki, nə vaxtsa insanların "WhatsApp"dan indiki qədər istifadə edəcəkləri heç vaxt ağlıma da gəlməyib. Bu səyahəti mümkün edən hər kəsə minnətdaram”,- deyə o, "Facebook" səhifəsində yazdığı kövrək sözlərlə vidalaşıb.

Metbuat.az azvision-a istinadla xəbər verir ki, Yan Kumun getməsinə səbəb "Facebook" ilə aralarında olan ziddiyyətlərdir. O, "Facebook"un "WhatsApp" messencerində tətbiq olunan şifrələmə qaydalarını zəiflətmək istəməsi və istifadəçilərin haqqında şəxsi məlumatlar toplamaq siyasətilə razılaşmayıb.

Yada salaq ki, "Facebook" şirkəti 2014-cü ildə "WhatsApp"ı 21,8 milyard dollara alıb. Hazırda 1 milyarddan artıq insan "WhatsApp"dan istifadə edir.

DİQQƏT: Bu qidaları çox yesəz - üzünüz bu hala düşə bilər/ VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR