“Azərikimya”nın yeni rəhbəri KİM oldu?

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərikimya” İB-nin kollektivinə Birliyin Müşahidə Şurasının yeni sədri İmran Arzumanzadəni tədqim ediblər.

Bu barədə Metbuat.az-a SOCAR-dan məlumat verilib.

Qeyd edək ki, sözügedən vəzifəni daha öncə Azərbaycan Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin edilən Muxtar Babayev tuturdu. Yeni təyin olunan sədr İmran Arzumanzadə isə bundan öncə “Azərikimya” İB-nin icraçı direktorunun satış və satınalmalar üzrə müavini idi.

İ.Arzumanzadə 19 sentyabr 1965-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Burada 247 saylı orta məktəbdə, daha sonra isə Azərbaycan İnşaat İnstitutunda təhsil alıb. O, İnstitutda körpülər və tunellər istiqaməti üzrə inşaat mühəndisi ixtisasına yiyələnib. 1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Ordudan qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayıb. 1985-1990-cı illərdə “Azərittifaq” Reklam-İstehsalat kombinatında çilingər, daha sonra inşaat ustası, 1990-1993-cü illərdə “Azəryol” Elmi-istehsalat müəssisəsində mühəndis, 1993-1995-ci illərdə “Azərbaqroimpeks” xarici-iqtisadi assosiasiyasında baş mütəxəssis, daha sonra Təchizatın təşkili şöbəsinin müdiri vəzifələrində işləyib. 2003-2006-cı illərdə Moskva Dövlət Açıq Universitetində hüquqşünas ixtisası üzrə ikinci ali təhsilini alıb. Burada təhsilini bitirdikdən sonra, 2006-2010-cu illərdə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda şöbə rəisi, daha sonra direktorun nəqliyyat və satış üzrə müavini vəzifələrində işləyib. 2010-cu ildən bu günə kimi isə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində icraçı direktorun satış və satınalmalar üzrə müavini vəzifəsində çalışırdı.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

DİQQƏT: Bu qidaları çox yesəz - üzünüz bu hala düşə bilər/ VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR