İsrafilov oynamadı, "Qranada" xal qazandı

İsrafilov oynamadı, "Qranada" xal qazandı
09:42 12 Yanvar 2015
146 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında XVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Qranada" da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Real Sosyedad"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. İsrafilovun adı matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Qranada" hazırda 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR