Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib

09:42 12 Yanvar 2015
143 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib.

APA-nın məlumatına görə, Bakı dairəvi yolunun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ və orta yol üçün 60 km/saat, sol yol üçün isə 80 km/saat göstərilib.
 
Məlumat üçün bildirək ki, bundan öncə adıçəkilən avtomobil yolunda sürət həddi sağ və orta yol üçün 90 km/saat, sol yol üçün isə 110 km/saat olub.
 
Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində “Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.
 
Ehtimal olunur ki, adıçəkilən yolda sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar azaldılıb.
 
Məsələ ilə bağlı müraciət etdiyimiz Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib ki, bununla bağlı az sonra açıqlama veriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR