Telefon zənglərinə cavab verməmək zehni qabiliyyəti zəiflədir

Telefon zənglərinə cavab verməmək zehni qabiliyyəti zəiflədir
09:46 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İnsanların mobil telefonlardan istifadə imkanından məhrum edilməsi zehni məsələləri (məsələn, krossvord həll etmək) həll etmək qabiliyyətinə mənfi təsir edir.

Missuri-Kolumbiya Universitetinin tədqiqatçıları tərəfindən keçirilmiş sınağın nəticəsinə əsasən, “iPhone” sahiblərinin smartfonları onların yanında olmadıqda ciddi psixoloji və fizioloji təsirə məruz qalırlar.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, sınaq müəlliflərinin gəldiyi nəticəyə əsasən, imtahan vermək, konfransda iştirak, işdə vacib məsələnin həlli kimi yüksək diqqət tələb edən gündəlik vəziyyətlərdə “iPhone” istifadəçilərinin telefonları onların yanında olmalıdır. Müəlliflər bildirib ki, bu tövsiyəyə riayət edilməməsi koqnitiv funksiyaların zəifləməsinə səbəb olacaq.
 
Tədqiqatın aparıcı müəllifi Rassel Kleyton bildirib ki, “iPhone” sahibləri smartfonsuz özlərini tam hiss etmirlər, yəni sözügedən qurğuya özlərinin bir hissəsi kimi  baxırlar.

Məlum olub ki, bilməcə həll etdiyindən gələn zənglərə cavab verə bilməyən “iPhone” istifadəçilərində nəbzin tezləşməsi, arterial təzyiq artımı müşahidə olunub, həyəcan hissi yaranıb və əhval-ruhiyyə aşağı düşüb. Sınaqdan keçən istifadəçilərdə, həmçinin zehni əməyin məhsuldarlığı az olub.
 
Tədqiqatın nəticələri “The Journal of Computer-Mediated Communication” jurnalında dərc edilib.
 
Emil Hüseynov
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34690-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR