Canavarlar Cəlilabad sakininin kreditini batırdı

Canavarlar Cəlilabad sakininin kreditini batırdı
09:47 12 Yanvar 2015
218 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az CTV-yə (Region tv-yə) istinadən bildirir ki, Cəlilabad rayonunda canavar  tövləyə soxularaq 15-ə yaxın qoyunu parçalayıb. Nəticədə kredit götürərək təsərrüfat quran vətəndaşa 2 min manata yaxın ziyan dəyib. Hadisə ötən gecə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini Famil Mustafayev səhər saatlarında heyvanları yemləmək məqsədi ilə tövləyə girdikdə gördüklərinə  inanmayıb.

Canavar tikilinin divarını oyaraq oradan içəri soxulub. Bunu divarın taxtalarındakı yırtıcının diş izlərindən də müşahidə eləmək olur. Tövlədəki 15 xırdabuynuzludan 13-ü yerindəcə tələf olub, 2-si isə ölümcül haldadır. Heyvanların bir neçəsinin cəsədi sonradan yaxınlıqdakı meşədə aşkar edilib. Kəndlilərin  fikrincə,  eyni vaxtda sürüyə bir yox, bir neçə canavar soxulub. Çünki iribuynuzlu heyvanların saxlandığı tövlənin divarları da eyni vaxtda  oyulsa da canavarlar oradan  içəri soxula bilməyiblər. Ümumilikdə heyvanların tələf olması ilə təsərrüfat sahibinə 2000 manata yaxın ziyan dəyib.

Canavarlarda quduzluq xəstəliyinin ola biləcəyi ehtiyat edilərək Cəlilabad  Baytarlıq İdarəsi tərəfindən ərazidə dezinfeksiya işləri aparılıb. Tələf olmuş heyvanların cəsədləri xüsusi qaydada zərərsizləşdirilərək basdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR