Bu yolda sürət həddi dəyişdi

Bu yolda sürət həddi dəyişdi
09:51 12 Yanvar 2015
158 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, Bakı dairəvi yolunun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ və orta yol üçün 60 km/saat, sol yol üçün isə 80 km/saat göstərilib.

Məlumat üçün bildirək ki, bundan öncə adıçəkilən avtomobil yolunda sürət həddi sağ və orta yol üçün 90 km/saat, sol yol üçün isə 110 km/saat olub.

Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində “Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.

Ehtimal olunur ki, adıçəkilən yolda sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar azaldılıb.

Məsələ ilə bağlı müraciət etdiyimiz Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib ki, bununla bağlı az sonra açıqlama veriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=319095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR