Cəlilabadda canavar kəndə hücum edərək 15-ə yaxın qoyun-quzunu parçalayıb - FOTOSESSİYA

Cəlilabadda canavar kəndə hücum edərək 15-ə yaxın qoyun-quzunu parçalayıb - FOTOSESSİYA
09:57 12 Yanvar 2015
164 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 09:52 ]

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabadda canavarlar yerli sakinin tövləsinə soxularaq 15-ə yaxın qoyun-quzunu parçalayıb.

 Nəticədə kredit götürərək təsərrüfatını genişləndirən vətəndaşa ümumilikdə 2 min manat maddi ziyan dəyib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Kazımabad kəndi ərazisində qeydə alınıb. Kənd sakini Famil Mustafayev səhər saatlarında heyvanlara yem vermək məqsədilə tövləyə girdikdə gördüklərindən dəhşətə gəlib.

 

Canavarlar tövlənin divarını oyaraq içəri soxulub. Ev sahibi yırtıcıların divara bərkidilmiş taxtalardakı diş izlərindən bu qənaətə gəlib. Tövlədəki 15 xırdabuynuzlu heyvandan 13-ü yerindəcə tələf olub, 2-si isə ölümcül vəziyyətə düşüb. Heyvanların bir neçəsinin cəsədi yaxınlıqdakı meşə massivində aşkar edilib. Kənd sakinlərinin qənaətinə görə, bu, bir yox,  bir neçə canavarın işi ola bilər. Çünki canavarlar Famil Mustafayevin iribuynuzlu heyvanların saxladığı tövlənin də divarlarını eyni üsulla oysa da, içəri soxula bilməyiblər. 

 

Hadisə yerinə gələn Cəlilabad Rayon Baytarlıq İdarəsinin əməkdaşları tövlədə müvafiq dezinfeksiya işləri aparıblar. Tələf olmuş və yaralanmış heyvanların cəsədləri isə xüsusi qaydada zərərsizləşdirilərək basdırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR