Azərbaycanın daha bir şəhərində bulvar olacaq

Azərbaycanın daha bir şəhərində bulvar olacaq
10:03 12 Yanvar 2015
178 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Gəncə çayının sağ sahilində 1,2 km uzunluğunda ərazidə bulvar salınır.

Bulvarın salınmasında lazım olan avadanlıqların xarici ölkələrdən – İtaliyadan və İspaniyadan gətirilməsi üçün sifarişlər verilib. Bu il işlər davam etdiriləcək və bulvar kompleksi bu il təhvil veriləcək. Gəncəçayın sağ sahili boyunca bənd vurma işləri hazırda davam edir.

Qeyd edək ki, bulvar kompleksi Gəncəçayın Mirzə Abbas Abbaszadə küçəsindən Nizami Gəncəvi prospektinə kimi olan ərazisinin sağ hissəsini əhatə edəcək. Bulvar 1,2 km uzunluğunda olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR