Toyda qan düşdü: 24 yaşlı gənc bıçaqlandı

Toyda qan düşdü: 24 yaşlı gənc bıçaqlandı
10:11 12 Yanvar 2015
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə toy məclisində dava düşüb.

ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, 24 yaşlı şəhər sakini Kamran Kərimov gecə saat 1 radələrində qarının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər TTYX-ya gətirilib.

Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. İlkin məlumatlara görə, hadisəyə səbəb toy məclisində baş verən mübahisə olub.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR