Xorvatiyada keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib

Xorvatiyada keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib
10:12 12 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 10:07 ]

Bakı – APA. Xorvatiyada keçirilən prezident seçkilərinin 2-ci turunda müxalifətdəki sağ-mərkəzçi Xorvatiya Demokratik Birliyi Partiyasının namizədi Kolinda Qrabar Kitaroviç qalib gəlib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, mövcud prezident İvo Yosipoviç məğlubiyyətini etiraf edib. “Hər şey bitdi, xanım qələbə çaldı”, - deyə o, söyləyib.

 

İlkin məlumatlara əsasən K. Qrabar Kitaroviç 50,42%, İ. Yosipoviç 49,58% səs alıb. İlk turda İ. Yosipoviç 38,48%, K. Qrabar-Kitaroviç isə 37,18% səs toplamışdı.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR