Əl Qaidə İŞİD-lə qırğına çıxdı

Əl Qaidə İŞİD-lə qırğına çıxdı
10:12 12 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

İnsident nəticəsində çox sayda Taliban yaraqlısı ölüb və yaralanıb
Əfqanıstanın cənubunda taliblərlə İŞİD terrorçuları arasında silahlı insident baş verib.

Anspress-in məlumatına görə, bu barədə “Anadolu” agentliyinin yerli bürosuna Gilmənd valiliyinin sözçüsü Ömər Zvak xəbər verib.

İddianın hərtərəfli araşdırıldığını deyən Zvak insident nəticəsində 50 talibin öldüyünü, 20 nəfərin isə yaralandığını bildirib.

Zvakın sözlərinə görə, taliblərlə vuruşanların İŞİD terrorçuları olduqları dəqiq bilinməsə də şahidlər onların üzləri bağlı qara bayraqlı şəxslər olduqlarını qeyd ediblər.

Taliban qruplaşmasının sözçüsü Zəbiullah Mücahid isə bu iddiaları təkzib edib. Sözçü Əfqanıstanda heç bir problem olmadığını, bunun düşmən tərəfinin təxribatları olduğunu iddia edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR