Gəncə şəhər sakini bıçaqlanıb

10:17 12 Yanvar 2015
163 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 10:13 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən axşam qeydə alınıb.

 

Şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Kamran Rasim oğlu iştirak etdiyi toyda bir nəfərlə mübahisə edib, sonra mübahisə etdiyi şəxs onu bıçaqlayıb. K. Kərimov qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili tibi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib ki, ilkin araşdırma zamanı cinayəti törədən şəxs məlum olub. Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR