Türkiyə və Azərbaycan dəniz nəqliyyatı sahəsində birgə müəssisə yarada bilər

Türkiyə və Azərbaycan dəniz nəqliyyatı sahəsində birgə müəssisə yarada bilər
10:18 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Emil İsmayılov/

Türkiyə Azərbaycana Xəzərdə dəniz daşımalarının sistemləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə birgə müəssisə yaratmağı təklif edib. Trend xəbər verir ki, bu barədə Türkiyənin "Denizhaber" agentliyi ölkənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvana istinadən xəbər verir.

Nazir əmin olduğunu bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara verilməsi Xəzərdə dəniz daşımalarının sayının və intensivliyinin artmasına səbəb olacaq: “Bu məsələ [Xəzərdə daşımaların sistemləşdirilməsi üzrə əməkdaşlıq] Azərbaycanla aparılan danışıqların mövzusudur və biz səhmdar kimi çıxış edə biləcəyimiz birgə müəssisənin yaradılmasına hazırıq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR