Bakı sakinin avtomobilindən odlu silah tapılıb

Bakı sakinin avtomobilindən odlu silah tapılıb
10:18 12 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı sakinin avtomobilindən qundağı kəsilmiş ov tüfəngi tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ)mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət-Axarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Tofiq Həsənova məxsus “KIA” markalı avtomobildən 16 kalibrli “İJ” modelli lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2352004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR