Bakıda qanlı bazar: 3 ölü, 13 yaralı

Bakıda qanlı bazar: 3 ölü, 13 yaralı
10:19 12 Yanvar 2015
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda ağır yol qəzaları qeydə alınıb

Son sutka ərzində Bakıda baş vermiş yol qəzaları 3 nəfərin həyatına son qoyub. Lent.az-ın məlumatına görə, gün ərzində paytaxtda ümumilikdə 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 3 nəfərdən başqa daha 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Ümumilikdə Respublikadakı yol qəzalarının statistikasına gəlincə, dünən ölkədə 8 yol qəzası qeydə alınıb ki, nəticədə 5 nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hər bir faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR