Messi: "Bu yalan daha betər ağrıtdı"

Messi: "Bu yalan daha betər ağrıtdı"
10:22 12 Yanvar 2015
141 İdman
Ölkə mətbuatı
A- A+

""Barselona"da qalmaq üçün heç bir şərt qoymamışam, çünki getmək fikrim yoxdur".
Kataloniya klubunun argentinalı forvardı Lionel Messi dünən Primero çərçivəsində "Atletiko"ya qarşı keçirdikləri matçdan (3:1) sonra oyun və komandadakı vəziyyət barədə danışıb. 

Milli.Az Sports-a istinadən bildirir ki, o deyib:

"Oyuna əla əhvalda çıxmışdıq, qazanmaq istəyirdik. Cərimə meydançasındakı folum? Hesab etmirəm ki, o, penalti idi.

Komandanı tərk etməyi düşünmürəm. Son vaxtlar danışılan şeylər - məşqçi ilə münasibətlər, "Çelsi"yə keçmək istəyim - hamısı yalandır. Özü də bu yalan daha betər ağrıtdı, çünki o yalanları bu dəfə adətən bizə hücum edən Madrid yox, Barselona KİV-ləri yayırdı.

Komandada qalmaq üçün heç bir şərt qoymamışam, çünki getmək fikrim yoxdur. "Barselona"da hər şey ürəyimcədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR