Bakı polisinin avara və dilənçilərlə mübarizəsi

Bakı polisinin avara və dilənçilərlə mübarizəsi
10:23 12 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda avaralıq və dilənçiliyə görə daha 27 nəfər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) Post Patrul Xidməti Bölməsi (PPXB), Nərimanov RPİ PPXB 18-ci PB, Nəsimi RPİ 19-cu PB, Nəsimi RPİ 20-ci PB, Nəsimi RPİ 22 ci PB əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 29 nəfər saxlanılaraq, barələrində inzibati qaydada tədbir görülüb, qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Saxlanılardan 7-si kişi, 6-sı qadın, 16-sı azyaşlı uşaq olub.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən bu yana Bakıda 200-ə yaxın şəxs avaralıq və dilənçiliyə saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2352009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR