Ordumuz itki verməyib

Ordumuz itki verməyib
10:26 12 Yanvar 2015
175 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistanın kütləvi informasiya vasitələrinin guya qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydıqları məlumatların heç bir əsası yoxdur".

Müdafiə Nazirliyi bunu ANS PRESS-in sorğusuna cavab olaraq bildirib. Nazirlikdən verilən məlumata görə, bu düşmən tərəfinin növbəti yalanı və uydurmasıdır:

"Silahlı Qüvvələrimizin şəxsi heyəti heç bir itki verməyib və bölmələrimiz qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir", - deyə MN-dən bildirilib.

Xatırladaq ki, Ermənistan tərəfi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Azərbaycan tərəfi diversiya edərək qarşı tərəfə keçməyə çalışıb. Guya atışma zamanı Azərbaycan tərəfədən itki olub və hərbçimizin meyiti cəbhə xəttində qalıb. Ermənistan tərəfindən 1935-ci il təvəllüdlü Seryoja Nikolay Sarkisyan adlı bir çobanın vurulduğu iddia olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR