Mingəçevirdə 14 yaşlı qız dəm qazından boğulub

10:27 12 Yanvar 2015
160 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 10:26 ]


Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin məcburi köçkünlər yaşayan “Yeni həyat” qəsəbəsində qeydə alınıb.

 

Şəhər Polis Şöbəsindən bildirilib ki, 2001-ci il təvəllüdlü Abdullayeva Türkanə Sənan qızının meyiti yaşadığı evin hamamında tapılıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsində müayinə edilib.

 

Məlum olub ki, Türkanə Abdullayeva kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından boğulub

 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR