Bakı sakininin avtomobilindən odlu silah tapılıb

Bakı sakininin avtomobilindən odlu silah tapılıb
10:27 12 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakininin avtomobilindən qundağı kəsilmiş ov tüfəngi tapılıb
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət-Axarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Tofiq Həsənova məxsus “KIA” markalı avtomobildən 16 kalibrli “İJ” modelli lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR