Daha bir qəzetə terror hədəsi

Daha bir qəzetə terror hədəsi
10:32 12 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum şəxs redaksiyaya zəng edərək qəzetin binasında partlayıcı maddə olduğunu deyib
Belçikanın paytaxtı Brüsseldə Fransanın “Şarli Ebdo” jurnalında yayımlanan karikaturaları yenidən yayımlayan “Lö Suar” qəzeti terror hədələri ilə qarşılaşıb.

Anspress-in məlumatına görə, naməlum şəxs qəzetin redaksiyasına zəng edərək redaksiyanın yerləşdiyi binada partlayıcı maddə olması barədə xəbərdarlıq edib.

Vəziyyətlə əlaqədar qəzet rəhbərliyi işçilərini təxliyyə etmək məcburiyyətində qalıb.

Faktla bağlı istintaq araşdırması başladılıb.

Polis xəbərdarlığın gerçək olub-olmadığını yoxlamağa çalışır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR