Xorvatiyada müxalifətin namizədi prezident oldu

Xorvatiyada müxalifətin namizədi prezident oldu
10:32 12 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Xorvatiyada keçirilən prezident seçkilərinin 2-ci turunda müxalifətdəki sağ-mərkəzçi Xorvatiya Demokratik Birliyi Partiyasının namizədi Kolinda Qrabar Kitaroviç qalib gəlib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, mövcud prezident İvo Yosipoviç məğlubiyyətini etiraf edib. “Hər şey bitdi, xanım qələbə çaldı”, - deyə o, söyləyib.

İlkin məlumatlara əsasən, K. Qrabar Kitaroviç 50,42%, İ. Yosipoviç 49,58% səs alıb. İlk turda İ. Yosipoviç 38,48%, K. Qrabar-Kitaroviç isə 37,18% səs toplamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR