"Keşlə" futbol klubu barədə qərar

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Metbuat.az-ın AFFA-ya istinadən məlumat verir ki, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə” PFK-nın sənədlərinə baxılıb.

Məlum olduğu kimi, AFFA “Keşlə” PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Keşlə” PFK 2018-19-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra qərara alıb ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə” PFK-ya lisenziya verilsin.

Qəbul imtahanları ilə bağlı yeni - LAYİHƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR